525.Az

"Aİ ona üzv olan dövlətlər üçün təhlükədir" -  Marin Le Pen


 

"Aİ ona üzv olan dövlətlər üçün təhlükədir" - <b style="color:red"> Marin Le Pen</b>

“Avropa İttifaqı ona üzv olan dövlətlər üçün təhlükədir”.

525.az-ın “El Periódico” qəzetinin saytına istinadən xəbərinə görə, bunu Fransa parlamentinin “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen deyib:

“Avropa İttifaqı Avropa demək deyil. Bu, sadəcə olaraq bir neçə onillik boyunca həm ölkələrimizə, həm də iqtisadiyyatımıza daha az fayda verdiyi sübuta yetirilən kontinental əməkdaşlıq formasıdır”.

O həmçinin sözü gedən qurumda islahatların aparılmasını, eləcə də üzv dövlətlərə daha çox səlahiyyətin verilməsini təklif edib (APA).

 





17.06.2024    çap et  çap et