525.Az

Milli Məclisin sabiq deputatı vəfat edib


 

Milli Məclisin sabiq deputatı vəfat edib<b style="color:red"></b>

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Bu barədə 525.az APA-ya istinadən məlumat verir.
Sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.

Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub.
Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

 





17.06.2024    çap et  çap et