525.Az

Çexiyada silah anbarı partlayıb, xəsarət alanlar var


 

Çexiyada silah anbarı partlayıb, xəsarət alanlar var<b style="color:red"></b>

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

525.az APA-ya istinadən məlumatına görə, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür

 





17.06.2024    çap et  çap et