525.Az

Dövlət Departamenti: KTMT-dən çıxıb-çıxmamaq qərarını Ermənistan hökuməti özü verməlidir


 

Dövlət Departamenti: KTMT-dən çıxıb-çıxmamaq qərarını Ermənistan hökuməti özü verməlidir<b style="color:red"></b>

KTMT-dən çıxıb-çıxmamaq qərarını Ermənistan hökuməti özü verməlidir və biz bu qərarlara hörmətlə yanaşırıq.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti "Amerikanın Səsi" radiosunun erməni xidmətinin Ermənistanın KTMT-dən çıxması ehtimalına görə Vaşinqtonun mövqeyi ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görməmişik", Dövlət Departamentindən bildirilib.

 





17.06.2024    çap et  çap et