525.Az

Fransa Ermənistana CAESAR haubitsaları verəcək


 

Fransa Ermənistana CAESAR haubitsaları verəcək<b style="color:red"></b>

"Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməyə davam edirik".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu "X" hesabında bildirib.

O qeyd edib ki, "Eurosatory" müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı həmkarı Suren Papikyanla görüşüb. Fransalı nazir bu görüşü səmərli və məhsuldar adlandırıb.

"CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib.

 





18.06.2024    çap et  çap et