525.Az

Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb


 

Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb<b style="color:red"></b>

İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər.

Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı (“Report”).

 





18.06.2024    çap et  çap et