525.Az

Hacıqabulda mağazada 6 ədəd vitrin-soyuducu yanıb


 

Hacıqabulda mağazada 6 ədəd vitrin-soyuducu yanıb<b style="color:red"></b>

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 90 m² olan ərzaq mağazasının lambirdən ibarət tavanı 30 m² sahədə, 6 ədəd vitrin-soyuducu və piştaxtaya yığılan mallar qismən yanıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





18.06.2024    çap et  çap et