525.Az

Kanadanın hərbi jurnalı Azərbaycan şəhidləri haqqında yazdı


 

Kanadanın hərbi jurnalı Azərbaycan şəhidləri haqqında yazdı<b style="color:red"></b>

Kanadanın nüfuzlu “Canadian military” hərbi jurnalının noyabr buraxılışında müharibə veteranlarının bu ölkədə qeyd olunan xatirə günü ilə bağlı “Birgə döyüş meydanları – birgə itkilər” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, məqalədə 1990-cı ildə ölkəmizdə baş vermiş Qanlı Yanvar hadisələrindən, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların uyuduğu Şəhidlər xiyabanından da bəhs edilir.

Müəllif 1990-cı il Yanvar qırğınında, həmçinin Qarabağ müharibəsində şəhid olanların bu xiyabanda dəfn edildiyini bildirir və Azərbaycan torpaqlarının erməni silahlı qüvvələrinin işğalı altında qaldığını vurğulayır.

Məqalədə qeyd edilir ki, 1918-ci ildə erməni-bolşevik birləşmələrinin təkcə Bakıda qətlə yetirdikləri 12 min dinc azərbaycanlının əksəriyyəti də məhz Şəhidlər xiyabanının yerləşdiyi məkanda dəfn olunub. Lakin bolşeviklər hakimiyyətə gəldikdən sonra həmin məzarlıq məhv edilib, yerində isə əyləncə parkı salınıb. Sovet İttifaqı dağıldıqdan sonra isə Şəhidlər xiyabanı yenidən bərpa edilib.

Məqalədə bildirilir ki, hər il yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanındakı abidənin önünə əklil qoyur, şəhidlərin xatirəsini ehtiramla yad edir.

 





13.11.2012    çap et  çap et