525.Az

Bakıda mikroavtobus yanıb - yolda sıxlıq yaranıb


 

Bakıda mikroavtobus yanıb - <b style="color:red"> yolda sıxlıq yaranıb</b>

Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

 





18.06.2024    çap et  çap et