525.Az

Fransa millisinin tarixinə düşdü


 

Fransa millisinin tarixinə düşdü<b style="color:red"></b>

Fransa millisinin hücumçusu Olivye Jiru yığmanın tarixinə düşüb.

QOL.az xəbər verir ki, o, buna Avro-2024-ün 1-ci turunda Avstriya ilə qarşılaşmada (1:0) nail olub.

Görüşün 90-cı dəqiqəsində meydana çıxan Jiru fransızların heyətində Avropa çempionatlarının final mərhələlərində oyun keçirən ən yaşlı futbolçu olub. 37 yaş 261 günlüyündə qitə birinciliyində meydana daxil olan Jiru bu göstəricidə Bernar Lamanı (37 yaş 75 gün) qabaqlayıb.

Qeyd edək ki, Jiru həm də Fransa millisində ən çox qol vuran futbolçudur. Hazırda onun aktivində 56 qol var.

 





18.06.2024    çap et  çap et