525.Az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib


 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib<b style="color:red"></b>

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Bu barədə 525.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 





18.06.2024    çap et  çap et