525.Az

Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb


 

Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb<b style="color:red"></b>

“ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.

Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:

“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.

 





18.06.2024    çap et  çap et