525.Az

Türkiyə millisi Gürcüstana qalib gəldi


 

Türkiyə millisi Gürcüstana qalib gəldi<b style="color:red"></b>

Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 oyundan 1-i başa çatıb. F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.

 

 

Dortmunddakı “BVB-Ştadion”da keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib. 

Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın Çexiyaya qarşı “Leyptsiq Ştadium”da təşkil olunacaq oyunu ilə yekun vurulacaq.

18 iyun

F qrupu

20:00. Türkiyə - Gürcüstan - 3:1 

Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 32 (1:1), Arda Güler, 66 (2:1), Kerem Aktürkoğlu, 90+7 (3:1)

Baş hakim: Fakundo Telyo (Argentina).

Dortmund, "Siqnal İduna Park" stadionu.

23:00. Portuqaliya - Çexiya

Baş hakim: Marko Quida (İtaliya).

Leyptsiq, "Red Bull Arena".

 





18.06.2024    çap et  çap et