Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Şamaxı” daha bir futbolçunu heyətinə qatıb.
525.az xəbər verir ki, əyalət təmsilçisi Brahim Konate ilə anlaşıb.
Fransalı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” klubu olub.