|
|
|
|
"İtaliyadan Azərbaycan qida və içki idxalında təxminən 13 faiz artım olub".
525.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko mətbuat konfransında deyib.
İtaliyanın qida və içkilərinin təqdimatına həsr olunmuş tədbirdə diplomat əlavə edib ki, qida və içki İtaliya mədəniyyətində önəmli yer tutur.
O bildirib ki, çoxsaylı italyan ləzzətləri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olmağa namizəddir.
Tədbir çərçivəsində onların bəzilərini anlamaq və dadmaq imkanı vermək üçün italyan mətbəxi mövzusunda kulinariya şousu nümayiş etdiriləcək. "Bu kimi tədbirlər İtaliyanın dünya üzrə mətbəxə verdiyi dəyərin göstəricisidir. İxracın güclənməsi həm də şirkətlərimizin bacarığını nümayiş etdirir. Azərbaycana idxalın artması bizi sevindirir. Amma imkanlarımızı nəzərə aldıqda, bu elə böyük rəqəm deyil. Məqsədimiz İtaliya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı gücləndirmək, idxal faizini artırmaqdır. Yerli şirkətlərlə əlaqələr inkişaf edə bilər. Bu məqsədlə İtaliyadan 13 şirkətin nümayəndələri gəlib və onlar azərbaycanlı həmkarları ilə danışıqlar aparırlar".
Pərvanə