Portuqaliya millisinin üzvü Pepe Avropa çempionatları tarixinə düşüb.
QOL.az xəbər verir ki, o, Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Çexiyaya qarşı keçirdikləri oyunda meydana çıxmaqla buna nail olub.
Pepe Avropa çempionatlarında oynayan ən yaşlı futbolçu (41 yaş 113 günlük) kimi rekorda imza atıb.
Bundan əvvəl isə rekord Avro-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.
Qeyd edək ki, Pepe üçün hazırkı Avropa çempionatı 5-ci (2008, 2012, 2016, 2020, 2024) olub. Bu göstərici üzrə rekord onun Portuqaliya millisindəki komanda yoldaşı Kriştiano Ronaldoya (6) məxsusdur.