“Valensiya” baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
48 yaşlı mütəxəssis 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.
Qeyd edək ki, Ruben Baraxa 2023-cü ilin fevralında “Valensiya”nı çalışdırır. "Yarasalar” La Liqada son mövsümü 9-cu pillədə başa vurub.