https://525.az/img/pics/medium/2024-07/320558_38dcll8q5n.jpg "Yurdumun sirləri" - əsrimizin bestselleri - Esmira Fuad yazır
https://525.az/img/pics/medium/2024-07/320829_cds3o4jivk.jpg Qanqaraldıcı təqdimat
https://525.az/img/pics/medium/2024-07/319744_bc76sv6pp3.jpg Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi
https://525.az/img/pics/medium/2024-07/320759_omcamlse06.jpeg Qeyri-formal və informal təhsilin tanınması aktuallaşır
search
18 İyul 2024

"Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi bilindi

"Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi bilindi

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.

"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt" ilk matçı öz meydanında olacaq.

Həmçinin, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" cütünün məğlubunun də KL-in 2-ci mərhələsindəki potensail rəqibi bəlli olub. Bu komandalardan hansı mübarizəni uduzsa, KL-in 2-ci raundunda Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfransa Lİqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.