Almaniyanın "Leyptsiq" klubu baş məşqçisi Marko Roze ilə müqaviləni artırıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.
Marko Roze 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında 2022-2023 mövsümdə Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb.