525.Az

Azərbaycan idmançısı Avropa birincisi oldu


 

Azərbaycan idmançısı Avropa birincisi oldu<b style="color:red"></b>

15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 

QOL.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – İsa Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. 

İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 





19.06.2024    çap et  çap et