525.Az

"Hizbullah" İsrailin hərbi obyektlərinə hücum etdi


 

"Hizbullah" İsrailin hərbi obyektlərinə hücum etdi<b style="color:red"></b>

"Hizbullah" Hərəkatı Livanın cənubundan İsrailin sərhəddəki hərbi hədəflərə hücum edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Hizbullah" İsrailə qarşı hücumlarla bağlı açıqlama verib.

Açıqlamada Kəfr Şuba təpəsindəki Ramsa və əl-Smaki hərbi mövqelərinin idarə olunan raketlə vurulduğu bildirilib.

İsrail əsgərlərinin toplanma nöqtələri olan Hale Varde bölgəsi və Metula qəsəbəsinə də raketlərlə hücum edildiyi bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusunun Deyr Mimas və Kfarkilla qəsəbələri arasındakı ərazini artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.

İsrail dövlət televiziyası KAN-ın xəbərində Livandan Avivim qəsəbəsinə 2 ədəd idarə olunan raketin atıldığı və can itkisinin olmadığı, ancaq bəzi bölgələrdə yanğının başladığı bildirilib.

Xəbərdə Metula yaşayış məntəqəsinə 5 idarə olunan raketin atıldığı və raketlərin boş ərazilərə düşdüyü qeyd olunub.

Malik Atilay 

 





20.06.2024    çap et  çap et