525.Az

Foqts: "Azərbaycan yığmasında gələcəyim ola bilməz"


 

Foqts: "Azərbaycan yığmasında gələcəyim ola bilməz" <b style="color:red"></b>

"Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi".

Qol.Az-ın "aparsport.az"a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsində Xorvatiyaya məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
“Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” – deyə almaniyalı mütəxəssis bildirib.
 
- Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?

- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.
 
- Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz...

- Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.
 
- Siz özünüzdə günah görmürsünüzmü?

- Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm.

- Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.

- Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə
olacaqdı.

- Mahir Şükürovla Vaqif Cavadov bu oyunda kimdən əskik idi?

- Bu suala cavab vermək istəmirəm. Onlar Italiyaya qarşı bəlkə oynayardılar, amma bu matçda yox

 





14.10.2014    çap et  çap et