525.Az

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar


 

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib.

525.az-a nazirlikdən verilən xəbərə görə, onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar. Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrimizə səfərləri təşkil olunacaq.

Ukraynalı uşaqların Bakı və bölgələrimizdə (Qəbələ, Şəki) bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulur.

10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

 





20.06.2024    çap et  çap et