525.Az

Kütləvi təbdirlərdə jurnalistlərin təhlükəsizliyi necə təşkil edilməlidir?


 

Kütləvi təbdirlərdə jurnalistlərin təhlükəsizliyi necə təşkil edilməlidir? <b style="color:red"></b>

 

BU SAHƏDƏ BEYNƏLXALQ TƏCRÜBƏ ÖYRƏNİLMƏLİDİR

 

Ötən həftənin şənbə günü Mətbuat Şurasının () iqamətgahında Azərbaycan hökuməti, ATƏT ofisi ilə birgəİctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyimövzusunda 3 günlük seminara start verilib.

 

Tədbirdə Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç, daxili işlər nazirinin müavini Oruc Zalov, media qurumlarının rəhbərləri jurnalistlər iştirak ediblər. Seminar zamanı jurnalistlər-polis münasibətləri açıq şəkildə müzakirə olunub. Tədbirdə Gürcüstan DİN nümayəndəsi iştirakçılarla bu sahədə Gürcüstan təcrübəsini bölüşüb.

 

Seminarı giriş sözü ilə açan sədri Əflatun Amaşov rəhbəri olduğu qurumun ATƏT- geniş əlaqəsinin olduğunu birgə bir sıra mühüm tədbirlər keçirdiklərini bildirib. Tədbirin mətbuatın işinə böyük töhfə verəcəyinə inandığını deyən Ə.Amaşov seminarda bütün aparıcı media orqanlarını əhatə etməyə çalışdıqlarını söyləyib.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin dəstəyi ilə dövlət nümayəndələri, mətbuat nümayəndələri ATƏT nümayəndələrinin iştirakı ilə ilk dəfədir ki, belə bir tədbirin keçirildiyini deyib. Onun sözlərinə görə, jurnalistlər kütləvi tədbirlər zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər. Ə.Həsənov kütləvi tədbirlər zamanı məhz bu kimi hallara görə müəyyən anlaşılmazlıqların yarandığını deyib: “Biz bunu İdrak Abbasovun timsalında görmüşük. Həmin şəxsə qarşı güc tətbiq edilməsi onu göstərir ki, o öz yerini düzgün seçməyib. Hüquq mühafizə orqanları onun özünü jurnalist kimi aparmadığını, o özü isə jurnalist olduğunu bildirir. Bizim məqsədimiz ondan ibarətdir ki, daha dəqiq müəyyən edək ki, kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyəti necə qurulmalıdır, jurnalistlərin forması necə olmalıdır, onların yeri necə müəyyən olunmalıdır. Bununla yanaşı mətbuat işçilərinin vəsiqələrinin formasının necə olması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir. Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir. Bu kimi seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulub”.

 

Azərbaycanda KİV sahəsində qanunvericilik bazasının kifayət qədər təkmilləşdirildiyini qeyd edən Ə.Həsənov məhz bu seminarın informasiya idarəçiliyi, söz mətbuat azadlığının təmin olunması sahəsində mövcud təcrübəni bölüşmək, o cümlədən problemlərin aradan qaldırılmasına yönəldiyini diqqətə çatdırıb: “Üç günlük seminar zamanı kütləvi tədbirlərdə jurnalistlərin iştirakının metodologiyası, polis kütləvi tədbirlərdə iştirak edən jurnalistlər arasında münasibətlər, jurnalistlərin müvafiq qurumlar tərəfindən keçirilən kütləvi tədbirləri işıqlandırması ilə bağlı məsələlər müzakirə olunacaq.

 

Son 10 ildə Azərbaycanda bu sahədə qanunverici baza təkmilləşdirilib. O qeyd edib ki, seminarda jurnalistlərin daha təhlükəsiz, maneələrə rast gəlmədən kütləvi tədbirlərdə tədbir iştirakçılarına qarışmadan, kənarda dayanaraq həmin tədbirləri işıqlandırmasının beynəlxalq standartlara çatdırılması istiqamətində müzakirələr aparılacaq. Həmçinin, jurnalist vəsiqələrinin verilməsi sahəsində nizamsızlığın aradan qaldırılmasına çalışacağıq. Bu işdə bütün məsuliyyət Mətbuat Şurası baş redaktorların üzərinə düşür”.

 

Daxili işlər nazirinin müavini Oruc Zalov bəzi mətbu orqanlarının polis işçilərinin şərəf ləyaqətini təhqir etdiyini bildirib. Onun sözlərinə görə, həqiqətə uyğun olmayan məlumatların mətbuat səhifələrində yer alması yolverilməzdir: “Bəzi mətbu orqanlar var ki, qərəzli siyasi təşkilatlardan aldığı sifarişlə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumatlar yazırlar. Həmin mətbu orqanlaretibarlımənbələrə əsaslanaraq jurnalistlərin şərəf ləyaqətlərini təhqir edirlər. Həmin mətbu orqanlarKİV-lər haqqında qanunun 44-45-ci maddələrini pozaraq təkzib verməkdən imtina edirlər. Jurnalist polislərin əməkdaşlığı barədə reallıqlardan yüksək şəkildə yazan kifayət qədər mətbuat orqanı var. Nazirlik jurnalist polislərin əməkdaşlığı ilə bağlı Bakıda regionlarda mütəmadi toplantılar keçirir”. O. Zalov jurnalistlərə müraciət edərək daim özlərinin peşə kodekslərinə hörmətlə yanaşmalarını DİN əməkdaşlarının cinayətkarlıqla apardığı səmərəli mübarizəsindən yazmağı tövsiyə edib.

 

Seminarda daha sonraPolislərin jurnalistlərlə qarşılıqlı münasibəti: Gürcüstan təcrübəsitəşkil olunmuş paneldə qonşu ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirdiyi islahatlar onların real nəticələri ətrafında geniş müzakirələr keçirilib.

 

Seminarın ikinci günü dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri KİV nümayəndələrinin iştirakı ilə təşkil edilib.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib ki, dövlət orqanları ilə media arasında münasibətlərin demokratik inkişaf, ifadə azadlığı, informasiya cəmiyyəti prinsiplərinə uyğun formalaşdırılması cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi daim qarşıda duran vəzifələrdən biridir: “Azərbaycan cəmiyyətində şəffaflığın, cəmiyyətin məlumatlandırılması istiqamətində ifadə, media azadlığının təmin edilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Şəffaflığın təmin edilməsi məqsədilə kifayət qədər sivil qanunvericilik bazası formalaşdıra bilmişik. Cəmiyyətdə şəffaflığın təmin edilməsi üçün praktiki addımların atılması sahəsində yetərincə görülüb. Bütün dövlət orqanlarında müvafiq strukturlar fəaliyyət göstərir. Bütün dövlət strukturlarında internet resursları fəaliyyət göstərir. Bu proses təkmilləşdirilib, həmin dövlət qurumlarının internet saytlarında daha çox informasiyanın yerləşdirilməsi prosesi gedir. Elə dövlət orqanları var ki, onların internet resurslarında qanunla yayılmasına icazə verilmiş informasiyanın 75 faizi yerləşdirilib. Azərbaycanda elektron hökumətin formalaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Elektron xidmət növləri müəyyənləşdirilib. Nazirlər Kabinetinin qərarı ilə elektron xidmət növlərinin sayı 450- çatdırılıb. Dövlət orqanlarında 300-ə yaxın e-xidmət göstərilir. Onlardan 150-i interaktivdir. Bu proses getdikcə daha da təkmilləşəcək. Xidmətlərin çeşidləri daha da artırılacaq. Azərbaycanda bu gün informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində gedir. Bu, müasir dövrün tələbidir. İnformasiya cəmiyyəti dövründə bu prosesi sürətləndirən əsas amillərdən biri qlobal şəbəkənin, internetin daha da sürətlənməsidir. Bu məsələdə dövlət orqanları operativ olmalı, işini müasir dövrün tələblərinə uyğun qurmalı, eyni zamanda cəmiyyətin informasiya təhlükəsizliyi məsələsi barəsində düşünməlidir. Dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi dövrün tələbidir”.

 

Dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri sona qədər icra edəcəyini deyən V.Əliyev bunun uzun bir proses olduğunu ilbəil təkmilləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bunun daha da mükəmməl formaya çatdırılması üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək.

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi şurasının icraçı direktoru Vüqar Səfərli keçirilən tədbirin jurnalistlər üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, rəhbərlik etdiyi Fond tərəfindən sayca ikinci belə tədbirə maliyyə dəstəyi verildiyini söyləyib. İnsan hüquq azadlıqlarının möhkəmləndirilməsi sahəsində Azərbaycanda bir çox işlər görüldüyünü bildirən V.Səfərli bunları qeyd edib: “İnsan hüquq azadlıqlarının möhkəmləndirilməsi məqsədilə 2011-ci ilin dekabr ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən milli fəaliyyət proqramı da bu qəbildəndir. Həmin proqramdan irəli gələrək, məhz informasiya əldə etmək haqqında qanunun jurnalistlər arasında maarifləndirilməsi bizim Fonda həvalə edilib. Ona görə ATƏT Mətbuat Şurasının dəstək verdiyi hazırki tədbiri həmin fəaliyyət proqramının bir hissəsi saymaq olar. Bu çox vacib təşəbbüsdür. Baxmayaraq ki, informasiya əldə etmək haqqında qanun var, onun müddəaları var, ancaq hələ bizim bəzi jurnalistlərimiz bunlardan xəbərsizdirlər”.

 

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay medianın informasiya qaynaqlarına birbaşa çıxışının olmasını, həmçinin  jurnalistlərin informasiya daşıyıcıları ilə əməkdaşlığını cəmiyyətdə fikir plüralizminin dərinləşməsinə təsir göstərən mühüm faktorlardan biri kimi dəyərləndirib. Səfir deyib ki, qlobal şəkildə informasiyaya olan tələbat artdıqca müvafiq strukturların qarşısında mövcud şəraitə adekvat fəaliyyət göstərmək vəzifəsi dayanır. O, ATƏT-in Bakı ofisi ümumən qurumun media azadlığı üzrə nümayəndəliyinin işini eyni zamanda həmin zərurəti dəyərləndirmək üzərində qurduğunu deyib: “Birgə gerçəkləşdirilməkdə olan bu proqram da haqqında danışdığımız məsələyə hesablanıb”.

 

Çıxışlardan sonra seminar-treninq öz işinə başlayıb. Əvvəlcə Media Azadlığı üzrə Nümayəndəliyin tədqiqat üzrə assistenti İlia Dohelin moderatorluğu ilə iştirakçıların təqdimatı keçirilib, hökumətin mətbuat xidmətləri media arasında ünsiyyətin başlıca problemləri haqqında fikir mübadiləsi aparılıb. Sonra Ukraynadan olan təlimçilər Yevhen Hlibovytsky (“Elektron dövrdə media mətbuat xidmətlərinin üzləşdiyi başlıca çətinliklər”) Zoya Kazanzhy (“Dövlət media arasında ünsiyyətin optimallaşdırılmasında mətbuat xidmətlərinin rolu. Hökumət-Mətbuat münasibətləri internetin sürətli inkişafı”) mühazirələr oxuyublar. Seminar-treninq qarşılıqlı müzakirələrlə davam etdirilib.

 

ATƏT-in Bakı Ofisi Mətbuat Şurasının birgə təşkil etdiyi, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri KİV nümayəndələrinin iştirak etdiyi seminar bu gün yekunlaşacaq. Seminarda 16 dövlət orqanının mətbuat xidmətinin nümayəndələri 10-dan artıq KİV nümayəndəsi iştirak edir.

 

Aqil LƏTİFOV

 

 





13.11.2012    çap et  çap et