525.Az

Aİ 7 üzv ölkə üçün büdcə intizamı prosesi başladacaq


 

Aİ 7 üzv ölkə üçün büdcə intizamı prosesi başladacaq<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyası Fransa və İtaliya da daxil olmaqla 7 üzv ölkəyə büdcə kəsirlərinin yüksək olması səbəbindən intizam prosesinin başlanacağı barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, Aİ Komissiyası üzv ölkələrin iqtisadi vəziyyətləri ilə bağlı tövsiyələri özündə əks etdirən "Avropa Yaz Semestri Paketi" adlı araşdırmasını dərc edib.

Araşdırmada xüsusi olaraq komissiyanın Aİ-nin büdcə kəsiri və dövlət borcu meyarlarına uyğunluğunu qiymətləndirmək məqsədi daşıyaraq Belçika, Çexiya, Estoniya, İspaniya, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa, Sloveniya, Slovakiya və Finlandiya üçün hesabat hazırlandığı bildirilib.

Açıqlamada: "Hesabatdakı qiymətləndirmələrə görə, Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya üçün həddindən artıq büdcə kəsiri proseduruna başlanmalıdır", - deyə vurğulanıb.

Məhəmməd Tağıyev

 





20.06.2024    çap et  çap et