Almaniyada bir orta məktəb iyul ayında keçirilməsi planlaşdırılan məzuniyyət mərasimini şagirdlərinin Fələstinə dəstək nümayişi keçirə biləcəyi ehtimalı səbəbilə ləğv edib.
525.az xəbər verir ki, Berlindəki Tierqarten Liseyinin rəhbərliyi bu il məzun olacaq tələbələrə və onların valideynlərinə məktub göndərib. Məktubda iyulun 5-də keçirilməsi planlaşdırılan mərasimdə məzunların əksəriyyətinin siyasi nümayiş keçirməyi planlaşdırdığı barədə mötəbər mənbədən məlumat daxil olduğu bildirilib.
Yazıda məktəb rəhbərliyinin mərasimdə iğtişaş ola biləcəyindən narahat olduğu, tədbirdə təhlükəsizliyin təmin oluna bilməyəcəyi və mərasimin ləğv edildiyi vurğulanıb.
Məhəmməd Tağıyev