525.Az

ABŞ-də meşə yanğınının sönməsi üçün yağış gözlənilir


 

ABŞ-də meşə yanğınının sönməsi üçün yağış gözlənilir<b style="color:red"></b>

ABŞ-nin Nyu-Meksiko ştatında davam edən meşə yanğınını söndürmək üçün həftə sonu gözlənilən yağışa ümid bağlanıb.

525.az xəbər verir ki, Milli Hava Xidmətinin (NWS) məlumatına görə, xüsusilə ABŞ-nin cənub-qərbindən gələn isti dalğası səbəbilə Nyu-Meksiko ştatında başlayan meşə yanğınları davam edir.

Nyu-Meksiko ştatının Ruidoso kəndi və ətrafında davam edən, minlərlə insanın təxliyyə edilməsinə və 1 nəfərin ölümünə səbəb olan yanğının söndürülməsi ümidi ilə həftənin sonuna doğru yağışın yağacağı gözlənilir.

Meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilən Nyu-Meksiko, ABŞ-də fövqəladə quraqlığın yaşandığı düşünülən yeganə bölgədir.

Məhəmməd Tağıyev

 





20.06.2024    çap et  çap et