525.Az

“NATO Ukraynaya qoşun göndərməyəcək” - Alman general


 

“NATO Ukraynaya qoşun göndərməyəcək” -  <b style="color:red">Alman general</b>

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr Ukrayna ərazisinə hərbi qüvvələr göndərməyəcək. 

525.az xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Angela Merkelin keçmiş müşaviri, istefada olan general Erix Vad deyib.

O bildirib ki, NATO Ukraynaya hərbi təlimatçılar göndərməklə kifayətlənəcək. Generalın fikrincə, Avropanın Rusiya ilə qarşıdurma üçün kifayət qədər gücü yoxdur.

Qeyd edək ki, bir sıra NATO ölkələrinin Ukraynaya qoşun göndərə bilməsinə dair məlumatlar gündəmə gətirilsə də, bunlar təsdiq edilmir. Bu günlərdə Estoniyanın Ukraynadakı səfiri Tallinnin Kiyevə kömək üçün öz qoşunlarını göndərmək imkanını müzakirə etməyə hazır olması barədə bəyanat verib. Hərbi ekspert Aleksey Jivov hesab edir ki, belə bəyanatlara ciddi yanaşmaq olmaz.

Eyni zamanda, hazırda Fransada mövqeləri möhkəmlənən ifrat sağçı Milli Birlik partiyası da Fransa qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinə çıxış edib.

ABŞ ordusunun istefada olan polkovniki, hərbi nəzəriyyəçi Duqlas Makqreqor ABŞ-ın Rusiya ilə birbaşa münaqişədən çəkindiyini vurğulayıb.
Pərvanə Sultanova

 





20.06.2024    çap et  çap et