Amerika Kubokuna start verilib.
525.az xəbər verir ki, ABŞ-də keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi Kanada ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Argentinanın heyətində Xulian Alvares (49-cu dəqiqə) və Lautaro Martines (88-ci dəqiqə) fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 15-dək davam edəcək.