525.Az

Hindistanda 29 nəfər saxta içkidən ölüb


 

Hindistanda 29 nəfər saxta içkidən ölüb<b style="color:red"></b>

Hindistanın cənubundakı Tamil Nadu əyalətində 29 nəfərin saxta spirtli içkidən öldüyü bildirilib.

525.az xəbər verir ki, əyalət rəsmisi M.S Prasant 29 nəfərin saxta spirtli içkilər səbəbindən öldüyünü, 100-dən çox adamın isə müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib. Prasant ölü sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınları göndərildiyini qeyd edib.

Əyalətin Baş Naziri M.K.Stalin də "X" sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Məhəmməd Tağıyev

 





21.06.2024    çap et  çap et