525.Az

NATO ölkələri müdafiə xərclərini artırıb


 

NATO ölkələri müdafiə xərclərini artırıb<b style="color:red"></b>

2024-cü il üçün təxmini məlumatlara görə, NATO ölkələrinin əksəriyyəti ümumi daxili məhsullarının 2 faizindən çoxunu müdafiəyə ayırmaq məqsədinə nail olub.

525.az xarici mediaya istinadən xəbər verir ki, NATO müttəfiq ölkələrin müdafiə xərcləri ilə bağlı 2024-cü il proqnozlarını özündə əks etdirən hesabat dərc edib.

Müvafiq olaraq, müttəfiq ölkələrin müdafiə xərcləri ümumilikdə 1,47 trilyon dollara yüksəlib.

Ən yüksək müdafiə xərclərini müvafiq olaraq ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, Türkiyə, Hollandiya və İspaniya həyata keçirib.

Malik Atilay

 





21.06.2024    çap et  çap et