525.Az

Fanilik fəlsəfəsindən dünyanın duru dəminə


 

Fanilik fəlsəfəsindən dünyanın duru dəminə<b style="color:red"></b>

...Ölümü şərbət kimi içə biləcək insan... Səndən özgə qibtə ediləcək kimsə varmı?..


lll


Yaranışın
ən ulu, ən ali həqiqətini dərk etmək xoşbəxtliyi yaşın iyirmisində, əllisində gələ bilər, səksənində tanımaz səni.

 

Taleyin hökmü vaxtını bilir

 

Vaxta hökm edə bilməsən , qorxusu -

 

Özündən özünə yol çəkə bilsən?!

 

Olur ki, adam heç bilmir "bu ünvanda, bu adda" yolçuluğun səbəbini harada gəzsin, nədə arasın... Eləcə arınmaq, paklanmaq ehtiyacın gələndə, insan kimi qədrini-qiymətini  bilmək  istəyəndə,  bir müdrik məsləhətinə, bir iynə ucu boyda işığa təmənnalı olanda... götür kitabını  varaqla Məmməd Arazın:

 

Bir gör ürəyində insan yatırmı?

İnsanla baş-başa insaf yatırmı?..

 

hökmən bu məqam yetirəcək özünü:

 

Mən kiməm? -

Zərrənin milyonda biri

 

Bunu dərk edəndən sonra bu fani dünyanın acı fəlsəfəsi adiləşəcək gözündə, başa düşəndə ki,

 

Bir zərrənin işığına milyonlar şərik -

Hamımızın hər birimizin olan, heç kəsin heç birimizin olmayan bu dünyada zarımağa ömür deyib ağlamaqdan fayda...

 

Axı həyat - öz evindən

Qəbristana yol deyildir.

 

Bax, onda

 

Atın məni tank altına...

...Qundaqdakı bir körpəni xilas edim...

 

arzusundan göyərən ölümə qibtə edirsən...


lll


İnsanın
Millətin Şərəf Faciəsi anlayışlarını bütün çalarları ilə - tariximizin 37 səhifəsindən sonra - ictimai-siyasi həyatın gərgin psixoloji ovqatı bir 90- illərin yaddaşına yazdı. Yanvar faciəsinin sarsıntılarında şeirimizin uzaq efirdən eşidilən əks-sədası ("Davam edir 37...") təklənmiş xalqın özünə təsəllisi idisə, dərdimiz "ağla, qərənfil ağla" dayağına dirsəklənirdisə, milləti kədərdən, göz yaşından silkindirib qaldıran bir hayqırtı xalqın mübariz ruhunu bayrağa çevirdi:

 

yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

 

Məmməd Araz şeiri millətin göz yaşını qurutdu, qəddini dikəltdi:

 

Ağlamağın yeri deyil, ağlama!

 

Amma həmin 90- illərin əvvəllərində adını adına qoşduğu Arazın tikanlı məftilləri söküləndə şair

 

Özümdən-özümə muştuluq yetər,

Gözlərim, sizin gözünüz aydın!

Qəlbimdən birbaşa Təbrizə gedən

Bir yol cilovladım, bir tel ayırdım.

 

qismətinə görə "ilahi, haqqına şükür" deyirdi. Şair qəlbinin sadəlövhlüyü ilə "daha daş ağlamaz..." inamına şükr edirdi.

Məmməd Araz üçün daş obrazdır, vətəndaşdır, vətənin daşıdır, o vətənin ki, "daşı da şeir göyərdir".

 

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı

 

deyəndə ağlına gəlməzdi ki, daşın qınaq, xəcalət yeri olmaq ağrısını yaşayacaq. Bir Vətən torpağı üstündə gəzən insanın əlinə aldığı daş... qardaşına tuşlananda... çətin... çətin ki, Məmməd Araz bu misralarının üzünə baxa biləydi:

 

Bu torpağın daşı olub qalaydım,

Yoxdu özgə umacağım.

 

Xalq, şair oğlunun 70 yaşına mübarək deyəndə Azərbaycanın siyasi təfəkkürü imtahan verirdi - ölkə seçki ovqatı yaşayırdı. Şairini "dahi", "zirvə" epitetlərinə bürüyən xalqın övladlarının bir qismi 90- illərin qovğalarını qaytarmaq fikrinə düşdü. Yaxşı ki, o qasırğanın küləyi tez ötüşdü, amma yarası qaldı, yarası şairin şeirini qarsıtdı, qəlbini göynətdi.

 

Mən ki hər ölənlə ölə bilmirəm,

Mən ki bölünməzi bölə bilmirəm,

Üzü dönüklərdən dönə bilmirəm,

Məni bağışlayan olarmı? - çətin.

 

Şairi dahi olan xalqın övladları dahi müdrikliyini, müdrik şair sözünü peşman etməklə əslində onun

 

Sözümü yordum bu yolda,

İzimi yordum bu yolda,

Dözümü yordum bu yolda,

Dözümə güman yoxdu

 

tənəsini eşidəcəklərini biləydi gərək. Elə isə bəlkə bir az düşünmək lazımdır? Düşünmək lazımdır ki, tərifin dərəcəsini çox etməkdə tələsməyək?

 

Mən özüm bilirəm nəçiyəm, nəyəm

 

deyən insanın - şairin bildiyindən artıq söz deməyə hacət?


lll


Məmməd
Arazın yaradıcılığının özünəməxsusluğu, hər şeydən əvvəl, "təbiət şairinin təbiətin öz dilində" danışması ilə bağlıdır. Təbiət mövzusu şeirin əbədi mövzularından olub belə davam edəcəyi şübhə doğurmur. Azərbaycan poeziyasının Vurğun Səmədinin təbiətlə bağlı şeirlərinin səriştəli rəssamın tablosuna bənzədilməsi qədər yerindədirsə, Məmməd Arazda təbiətin səsini eşidirik, onun ruhunu duyuruq insan təbiətin bir parçası, onun bir əzasıdır. Amma Məmməd Araz yalnız şair deyil bu mövzu da yalnız şeirinin mövzusu olaraq qalmır. 70-ci illərin əvvəllərində "millətçi" ruhuna görə "Ədəbiyyat incəsənət" qəzetinin redaktor müavinliyindən azad edilən şair bir qədər sonra ixtisasının köməyinə güvənir - Azərbaycanın ekologiyasında həyəcan zəngi olacaq bir nəşrin - "Azərbaycan təbiəti" jurnalının rəhbərliyində yaradıcılığının vətəndaş mövqeyi ilə çox səsləşən sahəsi ilə məşğul olmağa geniş imkan yaranır.

Həyatın sözün rəngləri publisist düşüncələrində yeni bır imzanı tanıtdı. Burada təkcə təbiətin, ekoloji xəstəliklərin nigaranlığı yoxdur, insan amili bütün yaradıcılığını ehtiva edir. Əslində, publisist Məmməd Arazın qələminin ağırlığı altında əzildiyi mövzulardır.


Çayını
itirən mavi dənizlər

Çırpınıb boğulur göz qabağında

 

ağrısı "Xəzərə qardaş" professor Gülün "Xəzər deyə-deyə dünyadan köçməsi" ilə bağlı ağrının davamıdır, bu ağrılar Abşeron bağlarının, bütövlükdə torpağın, suyun, ağacın insan cinayəti üzündən çəkdiyi ağrılardır.

 

Baş əyir, and içir ana torpağa,

Aşınan, daşınan torpağı görmür.

 

Bir məsələnin üstündən sükutla keçmək olmur ki, 70-ci illərin publisistikası "işlək" ola bilməmişdir. Cəmiyyətin, təbiətin, sosial həyatın boy verən çətinliklərinin, artan problemlərin narahatlığı, qələm əhlinin vətəndaş nigaranlığı mübarizə ovqatına köklənə bilmədi.

"...Yığıncaqlardan birində deyiblər ki, bazar iqtisadiyyatına tərəf gedirik. Hara gedirik gedək, bircə təbiəti dağıtmağa doğru getməyək. O zaman ağacı kökündən kəsərik. Yolumuza elə maneələr çıxar ki, öz evimizə gedib çıxa bilmərik"... "Biz indi yaza biliriksə, yazırıq, necə yazmalı olduğumuz səviyyəsində yaza bilmirik". "Çox halda qulluq mütiliyindən, boyunduruğa girmək vərdişindən çıxmaqda yol tapmırıq". Publisistik sözün kəsərinin dərəcəsini ifadə edən bu etiraf yalnız Məmməd Arazın özünə aid deyil, bu mənzərə bütövlükdə 70-80-ci illər publisistikasını ifadə edir. Məmməd Araz günahını göstərməklə kifayətlənmir, səbəblərin kökünü açmağa çalışır: "Üfüqün o biri üzünə boylanıb baxmağa çalışmamışıq, baxmışıqsa da öz daxilimizin imkanı ilə deyil, xarici mühitin, əlavə qüvvənin redaktəsi ilə bu vəzifəni yerinə yetirmişik".

..."Sultanbud meşəliyinin, Eldar şamı qoruğunun, Abşeron bağlarının taleyindən, bütün yaşıllıq dünyamızdan", cəmiyyətin yoluxduğu sosial-ictimai bəlalardan təkrar-təkrar yazmağın "immunitet yaratdığı" da göz qabağındadır, eşidib danışmamaq, baxıb görməmək özü ilə yeni ağrılar, narahatlıq ... yorğunluq gətirirdi. Publislstika mövcuddu, amma mövcud olmaq mövcud yanlışları düzəltməyə, cəmiyyətdə cavabdehlik hissinin yoxa çıxmağa doğru getdiyi bir zamanda, kömək edə bilmirdi: burada sovet (oxu: rus) mətbuatında, eləcə ədəbiyyatında "nonparellə yığılmış yazılar" fonunda Azərbaycan publisistikası "manşetə çıxara bilmirdi" özünü bütövlükdə. Bəlkə "inkişaf etmiş sosializmə" doğru yürüşün pafosu imkan vermirdi, bəlkə publisistlərimizin ? niyə? necə? suallarına vəhdət halında cavab tapmaq səriştəsizliyi rol oynayırdı: Şair humanizmi bəlkələrin sayına təsir göstərən amillərdəndi?..

Qeyd etmək lazımdır ki, şair Məmməd Araz publisist Məmməd Arazı çox geridə qoyur. Onun şeirlərinin kəskinliyi, ruhu, bəşəri duyğuların, dünyanın, insan münasibətlərinin "ekoloji tarazlığının" pozulmasına qarşı səyləri birləşdirmək çağırışı daha güclüdür.

Məmməd Arazın bu sahədəki yaradıcılığında vətəndaş yanğısını görməmək haqsızlıq olardı. Bu yanğı təkcə "Azərbaycan təbiəti"ndə görünmür, bu yanğı "vətəni sevmək, onu ucaltmaq naminə" etdiyi hər işdə var. Yanğı var, pafos yoxdur, sadə, aydın sevgi var bu sadəlik aydınlıq onun dilində ifadə olunub. Elə ona görə Məmməd Araz, müasirləri arasında aforizmə çevrilən misralarının çoxluğu ilə seçilir. Şairin üslubunu fərdiləşdirən dilinin sadəliyi, koloriti folklor təfəkküründən süzülən müdriklik yaradıcı yaşın bütün mərhələlərində dəyişməz qalıb. KİV-in texniki imkanlarından xəbərsiz bir mühitdə onun kitablarını (istər ilk, istər son) oxuyan kəs, müəllifin yaşını müdriklik yaşı kimi qəbul edər.

 

Umdum verdi ki, küsdüm verə?

Mən belə dünyanın nəyindən küsüm?


lll


Bir
süfrə başında iki sözümüz

Bir ola bilmirsə, ta nəyik belə?..

Biz niyə bu günə düşdük, ay dədə?!


lll


Məmməd
Arazın da öz mövzuları var. Əslində, mövzular özəl olmur, şair üslubu, şair görümü-duyumu ilə seçilir. Təbiətdən çoxu yazır, etiraf edək, Məmməd Araz, Musa Yaqub şeirində təbiətin daşı, dağı, ağacı, günəşi, yağışı nəsə ayrı cür görünur, ayrı cür "danışır".

Məmməd Arazın məhəbbəti, sevgini, insan münasibətlərini şeirə gətirən baxış bucağı da seçilir:

 

Bir gün idi...

İkimizin qoluna girib

İkiliyin birliyini alqışlayan gün.


lll


Bir
insan ki, öz bəxtini yarıtmadı, heç,

İki qəlbi, bir sevgini çətin yarıda...


lll


sənin mənimtək duyanın olub,

məni sənin tək duyan olacaq...

 

Onun sevgi şeirlərində ürəklə ağlın birgə "qənaəti" danışır - təəssüfü , sevinci məhəbbətin, həyatın fəlsəfi düşüncələrini oxucuya bələdçi edir.


lll


Məmməd
Arazın Sözə münasibəti "ən çox sevdiyim söz-söz" fikrində özünü ifadə edir. Bu mənada onun müsahibələri bu cavabı bəlkə şeirindən çox təsdiq edir. Müsahibələri xalqın öz dilində danışan ziyalının həyat, hadisələr, insanlar, sənət, zaman haqqında aydın mövqeyi (məhz bu aydınlığın korluğunu çəkməmişikmi?) ilə Şair obrazını yeni cizgilərlə zənginləşdirir, Ziyalı sözünün çəkisini artırır bunlar İnsan düşüncəsində tamamlanır.


Şeirlərindəki
obrazlılıq, "arifə bir işarə" məqamı, milli düşüncə təfəkkürün qatlarından süzülən hikmət, ifadə gözəlliyi onu bir şair kimi qədər fərqləndirirsə, müsahibələri söz oyunu oynamaq, süni təvazökarlığın ikrahoyadıcı mənzərəsi, "ideal təqdimat" səyindən uzaqlığı ilə yadda qalır.


lll


Məlum
məsələdir - kimi oxuyuruqsa, onu sevirik əksinə... Bu nöqtədə iki cür münasibətin - kütləvi peşəkar baxışın dərəcədə bir-birini tamamlaması ya inkar etməsi sənətkarın adının qabağına epitet yazır. Məmməd Araz bu mənada çoxdan hər iki tərəfin münasibətini "udub". bu gün Məmməd Araz çox oxunan, sevilən şairdir. Amma... Bu məqamda hər iki münasibətə cavab verən şair mövqeyi onu daha da ucaldır - insanın özü-özü ilə qala bilməsi, özünü dərk etməsi məqamında - (İnsan insan kimi daha böyükdür) Məmməd Araz şair ömründə bir əminlik yəqin edib. Yəqin edib ki, "qayasında mamır ola bilmək" qədərində sevdiyi

 

Bu Vətən torpağı öz sinəsində

Hələ min dahiyə yer verə bilər.

 

Söz sırasında Nizaminin uca kürsüsü yanında durmaq iddiası bir yana,

 

Sənət yarışında, söz yarışında

Yüzümüz bir Sabir deyilik hələ

 

deyən şair Məmməd Araza - xalqının Xalq şairinə - ən böyük ehtiram, ən böyük sevgi, onun heç sevmədiyi boyundan uca təriflərlə qəlbini incitməmək olardı. Çünki təriflər, mədhiyyələr Şair ömrünə heç vaxt doğru qiymət ola bilməz. Şair öz yerini, öz qiymətini gözəl bilir:

 

Söz yaşadan ünvanlarda yaşayır şair,

Yaşayıbsa, "yaşamışdı" yazılmayacaq.

 

Bunu gözəl bildiyindən

 

vaxtsa dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam

 

deyir Məmməd Araz.


Qayıdanda
... Qayıdanda şair, publisist, tərcüməçi, neçə-neçə kitabın müəllifi Məmməd Araz görəcək ki...

Azərbaycanın qəlbində elə Azərbaycan boyda bir Məmməd Araz yaşayır...

 





14.10.2014    çap et  çap et