525.Az

ABŞ-də meşə yanğınları: Nyu Meksikoda fövqəladə vəziyyət


 

ABŞ-də meşə yanğınları: <b style="color:red">Nyu Meksikoda fövqəladə vəziyyət</b>

ABŞ-nin Nyu Meksiko ştatının Ruidoso kəndi ətrafında dünən başlayan və sürətlə yayılan meşə yanğınları səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Nyu Meksiko ştatının Ruidoso kəndi yaxınlığında birləşən iki yanğın bölgədə 7800 nəfərin evlərini tərk etməsinə səbəb olub.

Nyu Meksiko qubernatoru Mişel Lujan Qrisham Ruidoso və qonşu yaşayış məntəqələrini əhatə edən fövqəladə vəziyyət elan etdiklərini və bölgəyə əlavə olaraq Milli Qvardiya qoşunlarını göndərdiklərini açıqlayıb.

Qeyd edək ki, Qrişam yanğınlarda 500-dən çox tikilinin zədələndiyini və bir nəfərin öldüyünü bildirib.

Malik Atilay

 





21.06.2024    çap et  çap et