525.Az

Atəşkəs rejimində diplomatik qələbə


 

Atəşkəs rejimində diplomatik qələbə<b style="color:red"></b>

Oktyabrın 10-da Minskdə keçirilən MDB sammitindən sonra postsovet məkanının siyasi-iqtisadi mənzərəsinə yeni konturlar gətirən bir hadisə baş verdi. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan Tacikistan prezidentləri 2000-ci ildən mövcud olan Avrasiya İqtisadi Birliyinin (Gömrük Birliyi) fəaliyyətinə xitam verdilər. Bunun əvəzində daha sıx iqtisadi inteqrasiyanı hədəfləyən yeni qurum - Avrasiya İqtisadi İttifaqı yaradılır. 2015-ci il yanvarın 1- fəaliyyətə başlayacaq yeni ittifaqda köhnə "beşlik"dən üç ölkə var - Rusiya, Belarus Qazaxıstan. Qırğızıstanla hələlik perspektiv üçün ilkin sənədlər ("yol xəritəsi") imzalanıb bu ölkənin vahid iqtisadi məkana inteqrasiyası azı bir il çəkə bilər.

Yeni ittifaq üzv ölkələrin üzərinə mal, xidmət, kapital işçi qüvvəsinin azad hərəkətini təmin etmək, energetika, sənaye, kənd təsərrüfatı nəqliyyat sahəsində ortaq siyasət yeritmək, habelə ittifaqdan kənar (üçüncü) ölkələrlə ümumi razılaşdırılmış gömrük (ticarət) əlaqələri yaratmaq kimi öhdəliklər qoyur. Başqa sözlə, söhbət ümumi bazardan gedir bu bazara girmək istəyənlərin iqtisadi vəziyyəti, özləri ilə gətirib, götürəcəkləri ciddi məsələdir. İqtisadi baxımdan imkanlı olan Rusiya, Belarus Qazaxıstan bu imkanları başqaları ilə qarşılıqsız bölüşüb onları boğazlarına şərik etmək həvəsində deyillər. Bu üzdən Tacikistana da hələlik yeni ittifaqda yer görünmür. 

Eyni zamanda, bu ittifaqa cidd-cəhdlə üzv olmaq istəyən biri var - Ermənistan. Bu ölkə uzun müddət idi ki, yeni qurumun qapı-bacasını döyməkdə idi. Nəhayət, Minskdə prezident Serj Sarkisyanı intizarında olduğu imza masasına dəvət etdilər. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalandı. Amma bir şərtlə onun üzərində dayanmağa dəyər.

İmzalanmadan öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev kiçik izahat verdi ittifaqla bağlı bütün hüquqi-iqtisadi məsələlərin razılaşdırıldığını, o cümlədən Ermənistanla bağlı problemin aradan qalxdığını bildirdi: "İndiyədək mövcud olan həssas məsələ - Ermənistanın ittifaqa hansı sərhədlərlə qoşulması ilə bağlı kompromis əldə edilib".

Nazarbayevin "həssas" deyə söz etdiyi məsələ Ermənistanın qoşulacağı vahid gömrük məkanının bu ölkənin işğalı altındakı Dağlıq Qarabağı da əhatə edib-etməyəcəyi ilə bağlı idi. Qazaxıstan rəhbəri kompromisin əldə olunduğunu - Avrasiya İqtisadi İttifaqının ümumi gömrük sərhədinin cənub-qərbdə Ermənistanın mövcud sərhədləri ilə məhdudlaşdığını bildirdi. Başqa sözlə, Ermənistanın de-fakto işğal altında saxladığı Dağlıq Qarabağa de-yure iddiasının qəbuledilməz olduğu erməni tərəfin diqqətinə çatdırıldı.

Sözsüz ki, Minskdə Ermənistanın qarşısına qoyulan bu şərt bəyan edilən sözlər toplantı iştirakçılarının beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə konkret olaraq Azərbaycanın suverenliyinə hörmətinin sadəcə bir təzahürü deyildi. Həmin şəraiti nəticəni labüd edən Azərbaycan rəhbərliyinin bu məsələ ilə bağlı ilk başdan tutduğu prinsipial mövqe idi.

Ermənistan hələ 2013- ilin sentyabrında vahid gömrük məkanına onun əsasında yaradılan Avrasiya İqtisadi İttifaqına qoşulmaq istədiyini bildirmişdi. Rəsmi Yerevana görə, Ermənistanın yer alacağı ümumi iqtisadi məkan, ittifaq  daxilində sərbəst mal dövriyyəsi Qarabağdakı marionet rejimi ayaqda tutmağa kömək etməlidir. Öz növbəsində Azərbaycan Ermənistanın bu ittifaqa qoşulacağı təqdirdə Dağlıq Qarabağın vahid gömrük məkanına aid edilməsinin yolverilməz olduğunu MDB-dəki həmkarlarının diqqətinə çatdırmışdı. Bu məsələ həm Rusiya, həm Qazaxıstan Belarusla müzakirə edilmişdi.

Azərbaycanla dostluq münasibəti, neft tranzitindən nəqliyyata, kənd təsərrüfatından sənayeyədək bir çox sahələrdə sıx iqtisadi əlaqələri olan Qazaxıstanın, eləcə Cənubi Qafqazda ölkəmizi özünə əsas ticarət partnyoru görən Belarusun rəsmi Bakının bu mövqeyini nəzərə almaması mümkün deyildi. Azərbaycanın iqtisadi imkanlarının, regional beynəlxalq nüfuzunun artması bizimlə tərəfdaş olmaq istəyənlərin , sözümüzü eşidənlərin sırasını genişləndirir. Rusiyaya gəlincə, bu ölkə Cənubi Qafqazda forpostu olan Ermənistana hər qədər yardım əlini uzatsa da, bu münasibətlərdə Azərbaycanı tam gözardı edəcək deyil. Bu dəfə belə oldu. Gözlənilirdi ki, 2014- ilin 29 mayında Astanada Avrasiya İqtisadi İttifaqının təsis olunması barədə müqaviləni Rusiya, Qazaxıstan Belarusla bərabər Ermənistan da imzalayacaq. Lakin bu ərəfədə (14 may) Avrasiya İqtisadi Komissiyasının rəsmisi Anton Azarov Ermənistanın quruma üzvlüyünün Dağlıq Qarabağla əlaqəsinə dair suala cavab olaraq bəyan etdi ki, bu məsələ müzakirə mövzusu deyil "ittifaqın sərhədləri Ermənistan Respublikasının sərhədləri ilə məhdudlaşacaq". Astanadakı mərasimdə isə prezident Nazarbayev bununla bağlı hər üç (Qazaxıstan, Rusiya, Belarus) ölkə rəhbərinin Azərbaycanın dövlət başçısından məktub aldığını qeyd edərək məsələyə nöqtə qoydu: "Ermənistan necə ki, Dünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış sərhədlərlə daxil olub, eləcə Avrasiya İttifaqına üzv olmalıdır".

Beləliklə, işğalçı ölkənin iddiaları suya düşdü Ermənistanla müqavilə ertələndi. Sonrakı aylarda erməni tərəf Dağlıq Qarabağla bağlı məsələnin texniki xarakterli olduğunu bildirərək onu retuşlamağa çalışsa da, bizim üçün bu problemin dərəcədə prinsipial olduğu aydın idi. Azərbaycan MDB- üzv olduğu ilk gündən bu müstəvidə Dağlıq Qarabağ məsələsinə, Ermənistanın təcavüzkar siyasətinə adekvat münasibətin təzahür etməsinə səy göstərib, amma bir çox bəlli səbəblərdən bu mümkün olmayıb. Halbuki ölkəmiz hər zaman bu müstəvidə açıq, səmimi münasibət müzakirələrin tərəfdarı olub. Prezident İlham Əliyev oktyabrın 10-da Minskdə bu məqamı bir daha həmkarlarının diqqətinə çatdırdı: "Əlbəttə, uzun illər boyu ünsiyyət saxlayan mühüm məsələləri birlikdə həll edən həmkarlar kimi, bizi narahat edən bütün məsələləri açıq, səmimi şəraitdə müzakirə etməliyik. Bu gün biz, narahatlıq doğuran məsələlərə, regional beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə diqqət yetiririk. Sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir".

Digər tərəfdə, bu gün postsovet məkanında ayırıcı xətlərin dərinləşdiyi MDB-nin artıq bir məşvərət qurumu kimi əhəmiyyətinin daraldığı faktdır. Gürcüstan 2008-ci ildə MDB-dən çıxıb, Ukrayna son sammitdə iştirak etmədi Rusiya ilə münaqişə zəminində qurumdan çıxması realdır. Moldovanın da Rusiya ilə soyuqlaşan münasibətləri bu ölkənin birlikdən uzaqlaşacağına əsas verir. Neytral statuslu Türkmənistan əvvəldən MDB- var, yoxdur. Öz növbəsində Rusiya da artıq MDB-nin bir qurum kimi ayaqda tutmağın səmərəsi olmadığını görərək postsovet məkanında daha praktik sıx birliyin təməlini qoyub.

Əlbəttə, bu digər təşkilata qoşulub-qoşulmamaq, inteqrasiya üçün hansı səmtə üz tutmaq hər dövlətin suveren hüququdur. Azərbaycan rəhbərliyi bloklara qoşulmamaq prinsipini əsas tutaraq, istər Avropa, istərsə Asiya, yaxud Avrasiya məkanlı təşkilatlarla münasibətləri qarşılılıqlı fayda bərabər tərəfdaşlıq üzərində qurmağa çalışır. Eyni zamanda, istər çoxtərəfli, istərsə ikitərəfli olsun - bu münasibətlərdə önəmli olan milli maraqların təmin olunmasıdır. Bu gün prezident İlham Əliyevin yeritdiyi siyasət, konkret şəraitdə nümayiş etdirdiyi prinsipiallıq iradə məhz buna xidmət edir. Son aylar Ermənistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı manevr imkanlarının məhdudlaşdırılması, işğalçı dövlətin cəbhə xəttində siyasi-diplomatik meydanda əl atdığı təxribatların qarşısının alınması deyilənlərə sübutdur.

İki ay öncə erməni tərəfin cəbhə xəttində vəziyyəti gərginləşdirib sonra danışıqlar müstəvisində (Azərbaycan, Ermənistan Rusiya prezidentlərinin Soçi görüşü) üstün mövqe əldə etmək cəhdi necə iflasa uğramışdısa, Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı etdiyi manevrləri uğursuzluğa məhkum idi. O vaxt prezident İlham Əliyev Soçiyə yola düşməzdən öncə Ağdama - cəbhə xəttinə getdi oradan düşmən ölkəyə , onun arxalanmaq istədiyi dairələrə anlamlı bir mesaj verdi. Bundan öncə isə düşmən vətən oğullarımızdan daha təsirli, özünün yaxşı anlayacağı "dildə" xəbərdarlıq almışdı.

Oktyabrın 8- Nazirlər Kabinetinin iclasında dövlət başçısı bunu bir daha diqqətə çatdırdı: "Onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq səyləri iflasa uğradı. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə layiqli cavab alacaq. Bir demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır".

Ermənistanın Avrasiya İttifaqı yolunda önünə qoyulan şərt bu addımların davamıdır. Əlbəttə, Ermənistanın bu quruma üzvlüyü rəsmiləşəndən sonra Dağlıq Qarabağla sərhəddə gömrük-keçid postu quracağını oradakı marionet rejimi ittifaqın azad iqtisadi məkanından uzaq tutacağını düşünmək sadəlövhlük olardı. Eləcə ittifaqın digər üzvlərinin Ermənistandan bunu tələb edəcəyini gözləməyə dəyməz. Əslində, bunlar hamısı təfərrüatdır. Əsas olan məsələnin siyasi tərəfidir ki, Ermənistan Avrasiya İttifaqına üzvlük məsələsinə Dağlıq Qarabağı da alət etmək istəyirdi, amma buna nail olmadı.

Azərbaycan isə, əksinə, ona nail oldu ki, MDB məkanındakı üç həmkarı (bunu təkcə Qazaxıstan dilə gətirsə ) Ermənistanın Dağlıq Qarabağa iddiasının qəbuledilməzliyini bu ərazinin beynəlxalq müstəvidə tanınmış sərhədlər çərçivəsində Azərbaycana aid olduğunu bildirmiş oldular. Təsadüfi deyil ki, bu gün Ermənistan siyasilərinin, ölkə mediasının Avrasiya İttifaqı ilə bağlı müzakirələrində əsas vurğu buna edilir.

"Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsində Dağlıq Qarabağla bağlı gömrük maneələrinin qoyulmasında digər üç üzv ölkənin hərəsi öz marağını güdüb. Qazaxıstan Belarus Azərbaycanla əməkdaşlıq perspektivlərini nəzərə alaraq bu məsələdə Ermənistana badalaq vurdular. Əslində onlar Ermənistanın bu ittifaqa girməsini istəmirlər. Ermənistanın üzvlüyü daha çox Rusiyaya lazımdır. Rusiya Ermənistanla qurumda iki səsə malik olacaq ki, bu da ona müəyyən qərarların qəbulunda lazım olacaq. Başqa sözlə, Ermənistan Avrasiya İttifaqında Rusiyanın artığı kimi bir status alacaq", - deyə "Aravot" qəzeti yazır.

Ermənistanın illərdən bəri qapısında gözlədiyi Avrasiya iqtisadi məkanında özünü necə hiss edəcəyi gerçəkdən maraq doğurur. Hərçənd yeritdiyi işğalçı siyasət üzündən özünü regionun küncünə qısılmağa məhkum edən bu ölkə ildən ilə ağırlaşan iqtisadi durumunu düzəltmək üçün nəinki Avrasiya, Afrika birliyinə desələr, girməyə hazırdır. Rusiyanın Avrasiya coğrafiyasında yaratdığı birliklərə Ermənistan ilk başdan can atıb. Çünki suveren dövlət olmadığı, bütün iqtisadi, siyasi, hərbi spektri ilə Rusiyaya bağlılığı zatən bəllidir. Moskvanın başını çəkdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsində yer alan, ərazisində Rusiyanın 102 saylı hərbi bazasını yerləşdirən, sərhədlərinin mühafizəsini rus hərbçilərinə verən, qaz, elektrik, dəmir yolu şəbəkəsi Rusiyanın müvafiq şirkətləri tərəfindən idarə olunan Ermənistan hələ 2003- ildə o vaxtkı Avrasiya İqtisadi Birliyinə (Gömrük Birliyi) girmək üçün müraciət etmişdi. Lakin bu illərdə müşahidəçi statusundan irəli gedə bilmədi. Çünki Ermənistanın birliyin digər üzvləri ilə sərhəd əlaqəsi olmadığı üçün vahid gömrük məkanına kooperasiyası mümkün deyildi. O üzdən Rusiya da Cənubi Qafqazdakı forpostunu iqtisadi qanadı altına almağa tələsmirdi. Yeni ittifaqda isə Ermənistana yer görünür. Çünki bu artıq sadəcə vahid gömrük məkanı deyil, mal, xidmət, maliyyə - yəni bütün spektri ilə ümumi iqtisadi bazardır.

Digər yandan, qeyd etdiyimiz kimi, Rusiya şirkətləri ötən müddətdə Ermənistanın ödəyə bilmədiyi borclar qarşılığında onun bütün vacib iqtisadi strukturlarını nəzarətə götürüb, hətta İran-Ermənistan qaz kəmərinə "Qazprom" şərikdir. Ölkənin əsas enerji mənbəyi olan Metsamor AES-in yanacağı da Rusiyadan gəlir. Bir sözlə, Moskva üçün hərbi-iqtisadi ipləri əlində olan Ermənistanı Avrasiya İttifaqına bağlamaq texniki bir məsələdir, onu bu məkanda istədiyi qədər tuta bilər istədiyi zaman da ipini bazara çıxara bilər. Avrasiya ittifaqının xəritəsində Ermənistan bu coğrafiyanın bir kənarında qalmış nöqtə kimi görünür. Onu yeni ittifaqa (əslində Rusiyaya) bağlaya biləcək tranzit yolları Gürcüstandan keçir, onlardan da dəmir yolu (Soçi-Suxumi-Tbilisi-Yerevan xətti) 1993- ildən bağlıdır, Şimali Osetiya dağlarından keçən avtomobil yolu da qışda demək olar ki, bağlı olur.

"Əlbəttə, Ermənistanın bu ittifaqa üzvlüyünün öz spesifikası var - bu da Avrasiya İqtisadi İttifaqının digər üzvləri ilə ümumi sərhədlərin olmamasıdır. Lakin bu, Ermənistanın vahid nəqliyyat, energetika, maliyyə sisteminə inteqrasiyasına mane olmayacaq. Avrasiya İttifaqı coğrafi baxımdan ən böyük iqtisadi birlikdir əminik ki, birlikdə biz iqtisadi cəhətdən daha güclü olacağıq", - Serj Sarkisyanın Minskdəki imza mərasimində dediyi bu sözlər mavi arzuya bənzəyir. Öz rəsmi orqanlarının da etiraf etdiyi kimi, hər il miqrasiya üzündən əhalisi 60-70 min nəfər azalan, iqtisadi böhran içində olan ölkənin qoşulduğu bazarda satıb, alacağı maraqlıdır. Çünki milli kimlik dövlət suverenliyi daxil satmağa nəsə qalmayıb.

Öz imkanlarına arxalanan, heç bir ümumi ya xüsusi bazara girməyə ehtiyac duymayan, Avropaya enerji, Asiyaya nəqliyyat-tranzit yolları açan, Şimala da, Cənuba da alıb-satacağı malı olan Azərbaycanla müqayisədə Ermənistanın perspektivləri gerçəkdən müqayisəyə gəlməyəcək dərəcədə miskindir. "İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki tənəzzülə uğrayıbdır. İndi Ermənistanı müstəqil ölkə adlandırmaq da mümkün deyil", - Azərbaycan prezidentinin oktyabrın 8- Nazirlər Kabinetinin iclasında dediyi bu sözlərinə əlavə etməyə gərək yoxdur.

 





14.10.2014    çap et  çap et