525.Az

“Almaniya səhv yoldadır” - Der Spiegel nəşri


 

“Almaniya səhv yoldadır” - <b style="color:red">Der Spiegel nəşri</b>

Almaniyada hərbi xidmətin bərpası və ölkənin hərbiləşdirilməsi istiqamətində atılan addımlar tənqid edilir. Der Spiegel nəşri yazır ki, Berlin səhv yoldadır.

525.az xəbər verir ki, məqalədə NATO-nun artıq Rusiyadan daha çox əsgəri olduğunu və müdafiyə sektoruna böyük vəsait xərcləndiyi qeyd olunub.

“Berlinin məqsədi Ukraynaya NATO əsgərlərini göndərməkdir, militarizasiya Almaniyanı təhdid edir və yalnız hərbi sənaye kompleksinə xeyir verir. Əgər müvafiq qanun qəbul olunarsa, Almaniyadakı bütün 18 yaşlı oğlanlar orduda xidmət etməyə hazır olduqları və sağlamlıqları ilə bağlı sorğu ilə məktuba cavab verməli olacaqlar. Bu yolla Bundesver hər il öz sıralarına indikindən 5 min çox insan cəlb etməyi gözləyir. Qızlar üçün oxşar öhdəlik bir az əvvəl "cinsi bərabərlik" çərçivəsində müzakirə edilib. Beləliklə, Almaniya səhv yol tutdu”, - nəşr yazıb.

O da vurğulanıb ki, NATO-ya Rusiyadan gələn təhlükə ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, Almaniyada heç kim bunun Moskvaya nə üçün lazım olduğu sualına cavab vermək istəmir: “Niyə Putin çoxsaylı hərbi və iqtisadi üstünlüyə malik NATO-ya hücum etsin?. Hərbi blokda artıq Rusiyadan təxminən üç dəfə çox əsgər var. Nəhayət, məqsəd ortamüddətli perspektivdə Ukrayna müharibəsinə girmək, Rusiyanı məğlub etmək üçün NATO əsgərlərini şərqdə cəbhəyə göndərmək deyilmi? Atəşkəs cəhdləri yoxdur, müharibədən ilk növbədə silah istehsalçıları faydalanır. Məsələn, Rheinmetall səhmləri birjada rekordlar qırır və şirkətin işçilərinə min avro mükafat ödənilib”.

Pərvanə Sultanova

 

 





21.06.2024    çap et  çap et