525.Az

“Zelenski Qlobal Cənubun rəğbətini itirib” - Britaniya nəşri


 

“Zelenski Qlobal Cənubun rəğbətini itirib” - <b style="color:red">Britaniya nəşri</b>

Ukrayna prezidenti Vladimir Zelenski İsveçrədə keçirilən konfransda yeni dəstək qazanmaq istədi, lakin bunun əksi oldu. Hətta qlobal Cənub ölkələrinin rəğbətini itirdi.

525.az xəbər verir ki, bu barədə Britaniyanın “Spectator” nəşrinə Ukrayna liderinin ofisinin sabiq yüksək vəzifəli məmuru deyib.

“Zelenski ümid edirdi ki, konfrans beynəlxalq dəstəkdə yeni bir mərhələ olacaq, lakin bu, Qlobal Cənubun dəstəyini nə qədər itirdiyimizi göstərdi. Çin konfransa nümayəndə heyəti göndərmədi. Kremlə təsir edə biləcək digər böyük ölkələr, o cümlədən Braziliya, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və BƏƏ yekun kommünikeni imzalamaqdan imtina etdilər. Qlobal Cənub Ukrayna taxılını və ucuz Rusiya neftinin idxalını davam etdirmək istəyir. Hindistanın iqtisadiyyatı Rusiya xam neftinin idxalında böyük artımla güclənib, bunun çox hissəsi təmizlənmiş benzin kimi yenidən Avropaya ixrac olunur. BƏƏ Rusiya bankçılığına yönəlmiş sanksiyalarının qarşısını alan mərkəzə çevrilib. Çinin Rusiya ilə ticarət dövriyyəsi təxminən iki dəfə artaraq ildə 200 milyard dolları ötüb. Pekin zəif Rusiyadan faydalanır, onların müharibəni bitirmək üçün az həvəsi var”, - mənbə bildirib.

Həmçinin, qeyd edilir ki, sammitin yekunu üzrə onlarla dövlət kommünike imzalasa da, bütün iştirakçılardan yalnız ABŞ və Avropa İttifaqı (Aİ) qeyd-şərtsiz dəstək ifadə edib, bir çox ölkələr isə ümumiyyətlə sənədi dəstəkləməkdən imtina edib.

Xatırladaq ki, 15-16 iyun taxixlərində İsveçrədə Ukrayna üzrə konfransı keçirilib. İclasın sonunda qəbul edilən birgə kommünikedə Zaporojye Atom Elektrik Stansiyasına nəzarətin Ukraynaya qaytarılması, Qara və Azov dənizlərində sərbəst gediş-gəlişin təmin edilməsi, bütün rus və ukraynalı hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışları yer alır.

Sənəddə Moskva ilə Kiyev arasında dialoqun zəruriliyindən də danışılır. 91 konfrans iştirakçısından 76 ölkə kommünikeni dəstəkləyib.

Pərvanə Sultanova

 





21.06.2024    çap et  çap et