525.Az

Hidrometeorologiya Xidməti: Qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib


 

Hidrometeorologiya Xidməti: Qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib<b style="color:red"></b>

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.

Bu barədə 525.az-a qurumdan məlumat verilib.

Bildirlib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.

Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.

 





21.06.2024    çap et  çap et