525.Az

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub


 

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

525.az-a MN-dən verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





22.06.2024    çap et  çap et