525.Az

"Dünənki imtahanda kəsilən müəllimlərin sayı çox azdır" -  Nazir müavini


 

"Dünənki imtahanda kəsilən müəllimlərin sayı çox azdır" - <b style="color:red"> Nazir müavini</b>

"Dünənki imtahanda 8 mindən çox müəllim iştirak edib ki, onlardan da kəsilənlərin sayı çox azdır".

525.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov müəllimlərin sertifikasiya imtahanı haqqında danışarkən deyib.

"Biz hesab edirik ki, bundan sonra da müəllimlərin nəticələri daha da yaxşı olacaq.Sertikatlaşdırma imtahanında indiyə qədər 40 600 müəllim iştirak edib. Onların 88%-i uğur qazanıb. 21%-dən çoxu isə 51-60 bal toplayıb", - deyə o xatırladıb.

Qeyd edək ki, iyunun 21-də riyaziyyat fənni üzrə müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi baş tutub.

 





22.06.2024    çap et  çap et