525.Az

Avro-2024-ün oyunu zamanı yıxıldı, ağır xəsarətlər aldı


 

Avro-2024-ün oyunu zamanı yıxıldı, ağır xəsarətlər aldı<b style="color:red"></b>

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Polşa - Avstriya (1:3) matçının keçirildiyi "Berlin Olimpiastadion"da bir azarkeş ağır xəsarət alıb.

QOL.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Polşa millisinin azarkeşi üç metrdən çox hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb .O, huşunu itirib, daha sonra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, Polşa millisi Avro-2024 qrupundan çıxmaq şansını itirən ilk komanda olub. 

 





22.06.2024    çap et  çap et