525.Az

PSJ Mbappeyə 100 milyon avro ödəyəcək


 

PSJ Mbappeyə 100 milyon avro ödəyəcək<b style="color:red"></b>

PSJ-dən ayrılaraq "Real"a keçən Kilyan Mbappe Paris təmsilçisindən 100 milyon avro alacaq.

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. PSJ-nin menecerlərii klubun futbolçuya ödəməli olduğu 100 milyon avro maaş borcu ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar gedir.

Bildirilir ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Klub tam məbləği Mbappeyə ödəyəcək. Bu məbləğə futbolçunun maaşı və bonusları daxildir. 

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. 

 





22.06.2024    çap et  çap et