525.Az

Levandovski: "Bu, bizim üçün utancvericidir"


 

Levandovski: "Bu, bizim üçün utancvericidir"<b style="color:red"></b>

Polşa millisinin hücumçusu Robert Levandovski Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriyaya 1:3 hesabı ilə uduzaraq pley-offa çıxmaq şanslarını itirdikləri oyundan sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o deyib: "Heç bir xal qazanmadıq və bu, əlbəttə ki, bizim üçün utancvericidir. Biz başa düşürük ki, hər şey səhv getdi. Burada bir çox amillər var idi. Matça pis başladıq, ilk 20 dəqiqədən sonra qol epizodları yaratdıq. Rəqibin cərimə meydançasında olduq".

35 yaşlı hücumçu bildirib ki, buraxılan qol tarazlıqlarını pozub: "Bundan sonra tarazlığımızı saxlamaq bizim üçün çətin oldu. Biz daha çox risk etdik. Rəqibin yaratdığı iki-üç qol epizodu baha başa gəldi”.

Qeyd edək ki, Polşa millisi D qrupunda 0 xalla sonuncu pillədə qərarlaşıb. Milli qrupun son matçında Fransa ilə qarşılaşacaq.

 





22.06.2024    çap et  çap et