https://525.az/img/pics/medium/2024-07/320558_38dcll8q5n.jpg "Yurdumun sirləri" - əsrimizin bestselleri - Esmira Fuad yazır
https://525.az/img/pics/medium/2024-07/320522_xvms2cjucw.jpg Zəhər tuluğu - İlkin Öz yazır
https://525.az/img/pics/medium/2024-07/319744_bc76sv6pp3.jpg Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi
https://525.az/img/pics/medium/2023-03/260329_l9m94spdnk.jpg Trampı ölümdən ayıran 2 santimetr  - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
search
16 İyul 2024

Badmintonçularımızdan beynəlxalq yarışda 4 medal

Badmintonçularımızdan beynəlxalq yarışda 4 medal

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

525.az xəbər verir ki, 9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.

Həlledici görüşdə 3 setin yekununda Kipr təmsilçisinə qalib gələn idmançımız turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib.

Bu kateqoriyada 4 qələbə qazanan Ö.Teymurlu finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.