525.Az

Netanyahu: ABŞ-dən silah tədarükü bərpa olunmalıdır


 

Netanyahu: ABŞ-dən silah tədarükü bərpa olunmalıdır<b style="color:red"></b>

ABŞ-dən İsrailə silah tədarükünün bərpası məsələsi yaxın gələcəkdə həll edilməlidir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

“Təxminən dörd ay əvvəl ABŞ-dən İsrailə silah təchizatında azalma oldu. Bu məsələnin yaxın gələcəkdə həll olunacağına inanıram”, - Baş nazir bildirib.

ABŞ Prezidenti Cozef Bayden mayın 8-də CNN telekanalına müsahibəsində bildirib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirəcəyi təqdirdə silah tədarükünü dayandırılacaq. Mayın 10-da Ağ Evdən bildirilib ki, bu, tədarükün dayandırılması deyil, fasilədir.

Ötən gün İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-yə səfər edib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin qeyd etdiyi kimi, tərəflər hərbi sahədə əməkdaşlığı da müzakirə edəcəklər.

 





23.06.2024    çap et  çap et