525.Az

"Almaniyaya qarşı oyunumuzu derbi hesab etmək olar"


 

"Almaniyaya qarşı oyunumuzu derbi hesab etmək olar"<b style="color:red"></b>

"Bu, hər iki komanda üçün vacib oyundur. Çünki hər ikisi birinci yeri tuta bilər. Düşünürəm ki, bizim qonşu olmağımız bu matçı azarkeşlər üçün xüsusi edir. Bu, belə demək mümkünsə, derbi kimidir".

QOL.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin hücumçusu Brill Embolo Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Almaniya ilə oyun öncəsi deyib.

"Bizə dəstək böyükdür. Çünki Almaniya ilə qonşuyuq. Ona görə də soydaşlarımızın buraya gəlməsi daha asandır. Çalışırıq ki, onları sevindirək. Səviyyəmizi nümayiş etdirək ki, bizimlə fəxr etsinlər. Bu, təkcə komanda üçün deyil, həm də bütün ölkə üçün xüsusi oyundur”.

Qeyd edək ki, bu gün keçiriləcək sözügedən görüş saat 23:00-da başlayacaq. Almaniya 6 xalla 1-ci, İsveçrə 3 xalla qrupda 2-ci pillədə qərarlaşıb.

 





23.06.2024    çap et  çap et