525.Az

Dərbənddə sinaqoq və kilsə avtomat silahlardan atəşə tutulub, ölən və yaralılar var


 

Dərbənddə sinaqoq və kilsə avtomat silahlardan atəşə tutulub, ölən və yaralılar var<b style="color:red"></b>

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.

Hazırda sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

 





23.06.2024    çap et  çap et