525.Az

KİV: “Hizbullah” Beyrut hava limanında İrana məxsus raketlər və partlayıcı maddələr saxlayır


 

KİV: “Hizbullah” Beyrut hava limanında İrana məxsus raketlər və partlayıcı maddələr saxlayır<b style="color:red"></b>

Livanın “Hizbullah” şiə hərəkatı Beyrutdakı əsas Rafik Həriri Beynəlxalq Hava Limanında külli miqdarda İran silahı saxlayır.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti hava limanının əməkdaşlarına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, hərəkat üzvləri gömrükçülərə rüşvət verib, İran istehsalı olan silahları, raketləri və partlayıcı maddələri sərbəst keçiriblər.

Hava limanının rəsmiləri bildiriblər ki, orada İranın “Fəlaq” artilleriya raketləri, “Fateh-110” qısa mənzilli ballistik raketləri, “Burkan” raketləri, RDX partlayıcı maddələri və digər silahlar saxlanılır.

Qəzetin həmsöhbəti qeyd edib ki, ötən ilin noyabr ayında İrandan birbaşa reyslə hava limanına iri qutular gəlib.

 





23.06.2024    çap et  çap et