525.Az

Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olub


 

Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olub<b style="color:red"></b>

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərov da olub.

“Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı yazıb.

Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı “Kommersant”a təsdiqləyib.

Artıq Serqokalinsk rayonunun rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. “M. Ömərovun yaşadığı evdə axtarışlar aparılır, özü də polisdədir və ifadə verir”, - məlumatda deyilir.

Öz növbəsində “TASS” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.

 





23.06.2024    çap et  çap et