525.Az

Dərbənddə silahlılarla toqquşma davam edir, polis rəisi həlak olub


 

Dərbənddə silahlılarla toqquşma davam edir, polis rəisi həlak olub<b style="color:red"></b>

Dərbənddə silahlılarla toqquşma davam edir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn "Dagestanskie Oqni" rayonunun polis idarəsinin rəisi həlak olub.

Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

 





23.06.2024    çap et  çap et