525.Az

Şabranda evə basqın olub - ölən və yaralanan var


 

Şabranda evə basqın olub -<b style="color:red"> ölən və yaralanan var</b>

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

525.az "Report"a istinadən xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 





24.06.2024    çap et  çap et